"Qəbələ" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa 3 itki ilə çıxacaq.
Fanat.Az-a "qırmızı-qaralar"ın mətbuat xidmətindən verilən məlumata görə, Asif Məmmədov, Firas Abu Akel və Zurab Oçiqava Kipr "Omoniya"sı ilə birinci dueli kənardan izləyəcəklər.
Asiflə Firasın uzun müddətə sıradan çıxdığı bəllidirsə, bu yay "Sabah"dan ayrılaraq "Qəbələ"yə qoşulan Oçiqava cavab qarşılaşmasında komandasına kömək edə bilər.
Qeyd edək ki, "Qəbələ" - "Omoniya" qarşılaşması iyulun 27-də keçiriləcək. 20:00-da baş tutacaq görüş Qəbələ şəhər stadionunda reallaşacaq.
Nihat