16:57 06.08.2023 1851

"Neftçi"nin də şansı "Sabah" qədər az görünür" - Aslan Kərimov

Konfrans Liqasındakı ilk duellərdən üzüağ çıxan təmsilçilərimizin - "Sabah"la "Neftçi"nin  növbəti rəqibləri olduqca təhlükəlidir:  "Bayquşlar" "Partizan", "xalq komandası" "Beşiktaş" önündə imtahan verməlidir.

Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb Azərbaycan komandalarının şanslarını dəyərləndirməsini istədik. Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah"ın RPŞ-lə Masazırdakı oyununda yaxşı bir mübarizə gördük. Düzü, əgər qırmızı vərəqə olmasaydı, "Sabah"ın işi biraz daha çətin olacaqdı. Yaxşı ki, "Sabah" oyunun ilk dəqiqələrindən təzyiqi artıraraq rəqibi "qırmızı"almağa məcbur etdi. Bundan sonra artıq belə deyim, işini nisbətən yüngüləşdirdi. Açığı, "Sabah"ın klub olaraq Konfrans Liqasında təcrübəsinin az olması göründü. Çünki latviyalılar böyük qüvvə ilə irəli atılmaq məcburiyyətində qaldılar. Yəni evdə 0:2 hesabı ilə uduzan qonaqlar Maszaırda hücuma böyük qüvvə ilə getməli idilər ki, qol vurub vəziyyətdən çıxsınlar. Ona görə də risk edirdilər. Belədə, müdafiədə böyük boşluqlar əmələ gəlirdi ki, "Sabah" da bu boşluqlardan istifadə edirdi. Amma son anda bitiricilikdə zəif olmaları təmsilçimizin təcrübəsizliyindən irəli gəlirdi. Bu təcrübəsizlik növbəti oyunlarda onlara mane ola bilər. Artıq çox güclü "Partizan"a qarşı oynayacaqlar. Hesab edirəm ki, "Partizan"la oyunda rəqibə bu qədər qol epizodları versələr, qələbə qazanmaq çətin olacaq. Sözsüz, "Sabah"ın "Partizan"a qarşı da şansı var. Amma serblərlə görüşlər daha çətin keçəcək. Çünki rəqib həm texniki, həm taktiki baxımından çox təcrübəli komandadır. "Partizan"ın bu mərhələni adlamaq şansı "Sabah"a nisbətən çox yüksəkdir".

"Neftçi" - "Beşiktaş" cütünə gəlincə,  "Beşiktaş "ın necə azarkeşlərə sahib olduğunu hamımız bilirik. Yəni Türkiyənin futbol komandalarının azarkeş dəstəyi həqiqətən möhtəşəm olur. Həm də "Beşiktaş"ın heyətində dünya səviyyəli oyunçular var. Belə demek mümkünsə,  "Jelezniçar"la oyunda bəzi boşluqlar var idi. "Beşiktaş" fərqli səviyyədə olan rəqibdir. İstanbul klubuna qarşı elə səhvlərə yol vermək olmaz. Düşünürəm ki, həm "Neftçi"yə, həm "Sabah"a çox güclü rəqiblər düşüb. "Beşiktaş"ı mübarizədən kənarlaşdırmaq şansları ilə götürməli olsaq, potensial etibarı ilə "Neftçi"nin də şansı "Sabah " qədər az görünür -  65-in 35-ə və ya 60-ın 40-a. Yəni Konfrans Liqasındakı rəqiblərimizin bu mərhələni adlamaq şansı 60 faizdir".

Nahid Məmmədov 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X