"Forentina"nın baş məşqçisi Vinçentso İtalyano Konfrans Liqasının bu gün keçiriləcək final oyunundan - "Olimpiakos"la matçdan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Finallarda gözlər alov saçmalıdır. Biz tam şəkildə matça köklənəcəyik. Ötən mövsüm bizim üçün qəmli notla yekunlaşdı. İndi özümüzə gəlmək istəyirik.
Həmişə demişəm ki, istər meydanda, istərsə də ondan kənarda kimliyimizi itirməməliyik. Diqqətimizi cəmləməliyik. Öz futbolumuzu oynamalı və döyüş ruhumuzu ortaya qoymalıyıq".
Xatırladaq ki, final qarşılaşması Afinadakı "OPAP Arena"da reallaşacaq. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
"Fiorentina" ötən il də KL-in finalına yüksəlmiş və həlledici matçda "Vest Hem"ə 1:2 hesabı ilə uduzmuşdu.
Nihat