"Sabah" klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Makkabi Hayfa" yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda hazırlıq çərçivəsində ilk yoxlama matçında İsrailin digər klubu "Makkabi Petah-Tikva" ilə üz-üzə gəlib.
"Sabah"ın rəqibi görüşdən məğlub ayrılıb - 1:3.
Qeyd edək ki, "Sabah" "Makkabi Hayfa" ilə ilk görüşünü iyulun 25-də, səfərdə cavab matçını isə avqustun 1-də Bakıda keçirəcək.