UEFA Konfrans Liqasında 2024/25 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyun günü iki matçla başlayıb.
Günün qarşılaşmaları Bosniya və Herseqovina ilə Latviyada baş tutub. “Velej” öz meydanında “Eskaldes”lə heç-heçəyə razı olub. “Auda” isə 2:0 hesabı ilə qalib gəlib.
Mərhələnin ilk oyunlarına bu gün yekun vurulacaq.
1-ci təsnifat mərhələsinin cavab oyunları iyulun 18-də keçiriləcək.
UEFA Konfrans Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunları
10 iyul
Velej (Bosniya və Herseqovina) – Eskaldes (Andorra) 1:1
Auda (Latviya) – B36 Torshavn 2:0