Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sürix” (İsveçrə) – “Şelburn” (İrlandiya) görüşünün hakim-inspektoru olacaq.
Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda baş tutacaq qarşılaşmanı kosovolu baş hakim Visar Kastrati idarə edəcək.
Qeyd edək ki, görüş iyulun 25-də keçiriləcək.