"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
Fanat.Az xəbər verir ki, "bayquşlar" turnirin II təsnifat mərhələsində "Makkabi"ni (İsrail) mübarizədən kənarlaşdıracaqları halda, "Vaduts" (Lixtenşteyn) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.