UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Sumqayıt” - “Fehervar” (Macarıstan) matçına bilet satışı davam edir.
Klubun sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, satışa çıxarılan 9 min biletin 6 mindən çoxu satılıb:
“Artıq 6 mindən çox bilet satılıb. Bilet almaq istəyənlər stadionun yanındakı kassalara yaxınlaşa bilərlər. Eyni zamanda biletləri "iTicket.az" və 1 saylı Asan Xidmət mərkəzindən də əldə etmək mümkündür".
Qeyd edək ki, "Fehervar"la ev oyununa iyulun 25-də çıxacaq "kimyaçılar" cavab matçını bu ayın 31-də Macarıstanda keçirəcək.
Nihat