"Sabah" komandasının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Masazır təmsilçisi III təsnifat mərhələsində İrlandiya “Sent-Patriks”ini mübarizədən kənarlaşdırsa, “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-offun oyunları avqustun 22-də və 29-da olacaq.