"Sent Patriks"in baş məşqçisi Stefen Kenni UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Sabah"a qarşı keçirəcəkləri oyundan öncə təşkil edilən mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Uzun məsafə qət edərək Azərbaycana gəldik. Müəyyən yorğunluq var, amma oyuna yaxşı hazırlaşmışıq. Məqsədimiz qələbə qazanmaq və növbəti mərhələyə adlamaqdır. Uduzsaq, yenilgini normal qarşılayacağıq. Çünki rəqib büdcə baxımından bizdə üstündür".
Qeyd edək ki, "Sabah" - "Sent Patriks" matçı avqustun 15-də keçiriləcək. “Bank Respublika Arena”da reallaşacaq görüşün start fiti 20:00-da səsləndiriləcək. "Sabah" İrlandiyadakı qarşılaşmada 0:1 hesabı ilə uduzub.