UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Zirə” – “Omoniya” matçının baş hakimi bəlli olub.
Fanat.Az xəbər verir ki, tərəflərin cavab oyununu Latviya təmsilçisi idarə edəcək.
Avqustun 29-da Bakıda baş tutacaq görüşün baş hakimi Vitaliys Spasyonnikovs olacaq.
Qeyd edək ki, “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.