“Zirə” - “Omoniya” (Kipr) oyununun biletləri satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, qəsəbə təmsilçisinin mətbuat xidməti bu barədə məlumat yayıb.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək matçın biletləri bu dəqiqələrdə - saat 13:00-dan etibarən satışa çıxarılıb. Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir. Azarkeşlər biletləri Zirə İdman Kompleksi və “Liv Bona Dea”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, “Zirə” – “Omoniya” qarşılaşması avqustun 29-da keçiriləcək.