"Çelsi"nin yarımmüdafiəçisi Reci Uolş klubunun tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, gənc futbolçu buna Londonda “Yurqorden”i 1:0 hesabı ilə yendikləri oyunda - UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab matçında iştirak etmələ nail olub.
Uolş "zadəganlar"ın sıralarında avrokubok oyununda meydana çıxan ən gənc oyunçu ünvanına sahib çıxıb. O, 16 yaş 200 günlüyündə qitəmiqyaslı turnirdə debüt edib.
Qeyd edək ki, rəqibini İsveçdəki ilk görüşdə 4:1 hesabı ilə üstələyən "Çelsi" finala yüksəlib. "Göylər" mayın 28-də baş tutacaq həlledici oyunda İspaniya təmsilçisi "Betis"lə qarşılaşacaqlar.
Nihat