
UEFA Konfrans Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Betis"in 33 yaşlı yarımmüdafiəçisi İsko bütün rəqiblərini qabaqlayıb.
İspan futbolçu KL-də 9 oyuna çıxaraq 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, sözügedən turnirin final oyunu mayın 28-də Polşanın Vrotslav şəhərindəki "Tarçinski Arena"da baş tutub. Həlledici qarşılaşmada "Çelsi" "Betis"i 4:1 hesabı ilə üstələyib.
Nihat