"Betis"in baş məşqçisi Manuel Pelleqrini UEFA Konfrans Liqasının dünən baş tutan finalında "Çelsi"dən aldıqları məğlubiyyəti (1:4) şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"İlk yarıda əla oynadıq. Qol vurduq və bir neçə təhlükəli vəziyyət yaratdıq. Amma ikinci hissədə zədələr sözünü dedi. Məsələn, Abde ilə bağlı epizod... Daha "Çelsi"ni əvvəlki kimi həyəcanlandıra bilmədik. Onlar isə əksinə, bizə çətin anlar yaşatmağa başladılar".
Xatırladaq ki, "Betis" hesabı 9-cu dəqiqədə açsa da, 65-ci dəqiqədən sonra 4 qol vuran "zadəganlar" möhtəşəm geridönüşlə istəklərinə çatıblar.
Nihat