UEFA Konfrans Liqasının dünən baş tutan finalında "Çelsi"yə 1:4 hesabı ilə uduzan "Betis"in qapıçısı Adrian həlledici matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "TNT Sports" belə çatdırıb:
"Biz konsentrasiyanı itirdik və ilk qolu buraxdıq. Beş dəqiqə sonra isə qapımızda ikinci qolu gördük. Komanda "Çelsi"nin təzyiqini hiss etdi və ruhdan düşdü. Özümüzü itirdik. Bizim üçün çətin gündür.
Klubla və onun azarkeşləri ilə fəxr etdiyimi deyə bilərəm. İlk hissə bizim üçün möhtəşəm keçdi. Vurduğumuz qolda azarkeşlərimizin böyük payı var. Onların dəstəyi çox hiss olunurdu. İkinci qolu da vura bilərdik, amma təəssüf ki, alınmadı. Belə oyunlardan dərs almalıyıq".
Nihat