"Betis"in yarımmüdafiəçisi İsko UEFA Konfrans Liqasının dünən baş tutan finalında "Çelsi"dən aldıqları ağır məğlubiyyəti (1:4) şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini AS belə çatdırıb:
"Məyusuq. Ağır nəticədir, amma futbol səhvləri bağışlamır. İlk yarıda yaxşı təsir bağışlasaq da, ikinci hissədə rəqib bizi tam şəkildə üstələdi. Qələbəyə yaxın idik, lakin üstünlüyümüzdən necə istifadə etməli olduğumuzu bilmirdik. Avrokubokların finallarında səhvlər çox baha başa gəlir".
Nihat