"Keşlə”nin UEFA Konfrans Liqasındakı rəqibi "Soçi” Bakıya cavab görüşündən bir gün əvvəl təşrif buyuracaq.
Fanat.Az xəbər verir ki, bu gün Rusiya Premyer Liqasında ilk tur çərçivəsində "Nijni Novqorod”un qonağı olacaq soçililər bərpa prosesini ölkəsində keçirib Bakıya iyulun 28-də çarter reysi ilə gələcək. "Nijni Novqorod” – "Soçi” qarşılaşması saat 20:00-da start götürəcək. Ruslar Bakıda məşq etməyəcək. Vladimir Fedotovun mətbuat konfransı saat 19.00-da başalayacaq. Meydan sahiblərinin çalışdırıcısı Sənan Qurbanovun isə jurnalsitlərlə görüşü saat 20.00-a planlaşdırlıb. Ardına isə "qırmızı-ağlar”ın mətbuat üçün 15 dəqiqəsi açıq olacaq məşq keçiriləcək.
Qeyd edək ki, ilk oyunda darmadağına məruz qalan (0:3) "Keşlə”nin "Soçi” ilə cavab görüşü iyulun 29-da saat 20:00-da "ASK Arena”da baş tutacaq.