Azərbaycanın FİFA referisi Əliyar Ağayevə cari avrokubok mövsümündə ilk təyinat gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, avqustun 6-8-i aralığında Avstriyada UEFA-nın elit və 1-ci kateqoruyadan olan hakimləri üçün təşkil etdiyi toplanışda qatılan Ağayev ordan birbaşa Lüksemburqa yollanıb. Belə ki, 33 yaşlı referi UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Fola” (Lüksemburq) – "Linfeld” (Şimali İrlandiya) matçına təyinat alıb. Oyun ayın 12-də yerli vaxtla saat 19.30-da (Bakı vaxtı ilə 21.30) baş tutacaq.
Əliyar Ağayevə digər həmyerlilərimiz Zeynal Zeynalov və Akif Əmirəli yardım edəcək. Ehtiyat hakim funksiyasını FİFA referimiz Elçin Məsiyev yerinə yetirəcək. Azərbaycanlı hakimlərin idarəçiliyinə bolqarıstanlı hakim-inspektor Kostadin Gerginov qiymət verəcək.
Mirağa