15:54 16.08.2021 1971

“Qarabağ"a qarşı fərqli oyun qurmalıyıq" - "Aberdin"in baş məşqçisi

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Aberdin" Şotlandiya Liqa Kubokunda məğlubiyyətlə üzləşib. 

Fanat.Az xəbər verir ki, aberdinlilər yarışın pley-offunda “Rayt Rovers”ə 1:2 uduzaraq mübarizəni dayandırıb.

Rəqibin baş məşqçisi Stiven Qlass oyundan sonra verdiyi açıqlamada qarşılaşmanı şərh edib: "Oyunda məğlub olmaq böyük bir zərbədir, bunetiraf etməliyik. İlk yarını üstün keçirdiyimiz, ancaq sonluğu gətirə bilməməyimiz isə daha böyük məyusluqdur. Çünki ilk 45 dəqiqədə nəzarət tamamilə bizdə idi. İkinci hissəyə yaxşı başlamadıq və erkən dəqiqələrdə bərabərlik qolunu buraxdıq. Bundan sonra rəqibə imkan verdik ki, oyuna diktə etsin. Rəqibin üstünlüyü ələ keçirməsinə reaksiya verməməyimiz bəlkə də ən böyük xəyal qırıqlığıdır".

Ötən həftə “Breydablik”lə çempionat oyunu ilə müqayisədə bu dəfə heyətdə yeddi dəyişiklik edən mütəxəssis bunu çıx təqvimlə əsaslandırmağa çalışıb. O, avqust ayı ərzində 9 oyuna çıxdıqlarına diqqət çəkib: “Dəyişikliklər taktiki mənada hansısa gedişlə əlaqəli deyil. Bu qədər gərgin bir qrafikdə oyunçuları qorumalıyam. Məsələn, iki yaxşı gənc oyunçumuz var. Amma birinin 18 yaşı yenicə tamam olub, digərinin 21 yaşı var. Hər ikisi ilk mövsümünü keçirir, buna görə onları düşünmək məcburiyyətindəyəm. Düşünürəm ki, bu qədər dəyişikliyə rəğmən, ilk hissədə meydanda olan futbolçular qalib gəlmək qabiliyyətini nümayiş etdirdi. Məğlubiyyət heyət seçimi ilə bağlı problemdən qaynaqlanmır. 
Cümə axşamı Konfrans Liqasında oyunumuz var. Əsasən də “Pittodrie”dəki ikinci görüşdə topla oynamağı sevən “Qarabağ"a qarşı fərqli oyun qurmalıyıq. Avropa oyunlarının başlanğıcında məqsəd qrup mərhələsinə düşmək idi və hələ də bunu reallaşdırmaq şansımız var. Bu gün pis nəticə göstərdik, amma qarşımızda yaxşı imkanlar var. Qarşıdakı bir neçə həftə ərzində Konfrans Liqasında qrup mərhələsində ola, yerli liqada isə mümkün doqquz xaldan doqquzuna da sahib ola bilərik. Bu həyəcanverici bir perspektivdir".

Onu da əlavə edək ki, "Aberdin" sabah səhər saatlarında paytaxtımıza yola düşəcək. Şotlandiya təmsilçisi məsafənin uzaqlığı və uyğunlaşma ilə əlaqədar ölkəmizə tez gəlməyə qərar verib. 

Qeyd edək ki,avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək  “Qarabağ” – “Aberdin” matçı saat 20:00-da başlayacaq.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X