Sabah Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Makkabi”(Hayfa) ilə qarşılaşacaq “Neftçi” İsrailə yolla düşüb.
Fanat.Az xəbər verir ki, “ağ-qaralar” Bakıdan Tel-Əvivə uçub və komanda oradan avtobusla Hayfa şəhərinə yola düşəcək.
Cəzalı duruma düşdüklərinə görə cavab qarşılaşmasında iştirak etməyəcək Yusuf Laval, Mamadu Mboc və İsmayıl Zülfüqarlı da komanda ilə birlikdə İsrailə yollanıb.
Xatırladaq ki, avqustun 26-da “Sammi Ofer” stadionunda keçiriləcək görüş Bakı vaxtilə 21:00-da start götürəcək.
Mirağa