"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen püşkü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, qrupa düşən rəqiblər 52 yaşlı mütəxəssisin ürəyincə olmayıb:
"Təəssüf ki, cəlbedici klublarla eyni qrupa düşmədik. Bundan başqa, uzun səyahətlərdən sonra çempionatda vacib oyunlara çıxmalı olacağıq. Lakin burada müsbət məqamlar da var. Əsas hədəfimiz qrupdan çıxmaq olacaq".
Qeyd edək ki, "Qarabağ" "Bazel"lə yanaşı, Kiprin "Omoniya" və Qazaxıstanın "Kayrat" klubları ilə H qrupunda mübarizə aparacaq.