UEFA Konfrans Liqasının rəsmi "Twitter" səhifəsi "Qarabağ"la bağlı sorğu keçirir.
Fanat.Az xəbər verir ki, paylaşımda azarkeşlərə müraciət olunub.
"2017/18 mövsümündə "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub.
"Komanda UEFA Konfrans Liqasında bu mövsüm nə qədər irəli gedəcək?" sualını cavablandıran azarkeşlər "köhlən atlar"ın dörddəbir finala qədər irəliləyəcəyini bildiriblər.
Qeyd edək ki, həmin paylaşımda "Qarabağ"ın şanslarını dəyərləndirə bilərsiniz.
Emin Şəmsiyev