UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyada keçirilən "Aberdin" - "Qarabağ" oyunu zamanı yıxılan şəxs - yerli komandanın azarkeşi Uotson Smit dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, 71 yaşlı tərəfdar müalicə aldığı xəstəxanada həyatla vidalaşıb.
Qeyd edək ki, "Qarabağ" evdə 1:0 hesabıyla yendiyi "Aberdin"i rəqib meydanında 3:1 hesabı ilə üstələyərək qrup mərhələsində oynamaq hüququ qazanıb.
Nihat