"Qarabağ"ın Konfrans Liqasında qrupdakı rəqiblərindən olan "Kayrat" iki mütəxəssislə müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, Qazaxıstan təmsilçisi məşqçilər korpusuna Dmitri Kiriçenkonu və Eduard Kunduxovu daxil edib.
Baş məşqçinin köməkçisi vəzifəsini icra edəcək Kiriçenko Rusiyanın ən məhsuldar hücumçularından ibarət "100-lər klubu"nun üzvü, 2002 və 2005-ci illərdə Rusiya Premyer Liqasının ən yaxşı snayperi, ölkə çempionu və Rusiya Kubokunun qalibidir.
CSKA, "Moskva", "Saturn", "Rostov" kimi klublarda oynayıb. Rusiya millisində 12 oyun keçirib və 4 qol vurub.
Eduard Kunduxov isə həm məşqçi, həm də reabilitasiya terapevti vəzifəsini icra edəcək. O, Kurban Berdyev, Valeri Qazzaev, Xavi Qarsiya və Rinat Bilyaletdinovun məşqçilər korpusunda işləyən mütəxəssis aparıcı rus reabilitasiya təlimçilərindən biridir. 2014-cü ildən 2019 -cu ilə qədər "Rubin"də Berdıyevlə işləyib.
2021-ci ilin sentyabr ayından etibarən hər iki mütəxəssis Kurban Bekieviç Berdıyevin məşqçilər korpusuna daxil edilib.
Mirağa