"Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən "Kayrat" və "Bazel" növbəti oyunlarını keçiriblər.
Fanat.Az xəbər verir ki, Almatı klubu Qazaxıstan çempionatının son turunda aşkar autsayder "Jetısu" ilə qarşılaşıb. Səfər oyunundan qolsuz heç-heçə ilə ayrılan "Kayrat" mövsümü 51 xalla 3-cü pillədə bitirib.
"Bazel" də turu "sülh"lə başa vurub. İsveçrə çempionatının 12-ci turunda "Sürix"lə derbi baş tutub ki, görüşdə qapılara 6 qol vurulub. Beləliklə, "Qarabağ"ın rəqibi ən yaxın izləyicisi "Sürix"lə xal fərqini qoruyaraq 26 xalla zirvədə qərarlaşıb.
Qeyd edək ki, bir gün əvvəl "Omoniya" da "Anortosis"ə (0:1) uduzmuşdu.