“Düşünürəm ki, hava şəraiti oyuna mane olmamalıdır”.
Fanat.Az xəbər verir ki, bunu Qazaxıstanın “Kayrat” klubunun futbolçusu Rade Duqaliç “Qarabağ”a qarşı keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.
26 yaşlı müdafiəçi Almatıdakı soyuq hava şəraitinə artıq öyrəşdiklərini bildirib: “Biz artıq alışmışıq ki, Almatıda soyuq ola bilər. Bu, futbol üçün normaldır, məncə, yaxşıdır. Hamı gəlib bizi dəstəkləsə, tribunada, o cümlədən meydanda isti olacaq”.
Qeyd edək ki, sabah Almatıda keçiriləcək “Kayrat” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.