Azərbaycanın avrokuboklardakı tək təmsilçisi “Qarabağ” dünən Konfrans Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə “Kayrat”la qarşılaşıb.
Təmsilçimiz bu qələbə (2:1) ilə Azərbaycan futbolunun tarixində ilkə imza atdı.
Belə ki, ilk Azərbaycan klubu olaraq avrokuboklarda 1/16 pley-off mərhələsinə çıxışı təmin etdi.
"Qarabağ" hazırda qrup lideridir. Bu üstünlüyü sonrakı 2 turda da qoruya bilsə, təmsilçimiz 1/8 finala vəsiqə qazanacaq.