Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Omoniya”nın səfər proqramı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Kipr təmsilçisi bu gün Bakı vaxtı ilə saat 13:00-da çarter reysi ilə Azərbaycana yola düşəcək.
İki saat iyirmi dəqiqəyə ölkəmizə çatması nəzərdə tutulan Nikosiya təmsilçisi saat 20:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda Bakıda ilk və yeganə məşqinə çıxacaq.
Onu da əlavə edək ki, “Omoniya” sabah qarşılaşmadan dərhal sonra geri dönməyəcək. Gecəni Bakıda keçirməyi qərara alan adalıları Larnakaya aparacaq təyyarə noyabrın 26-da saat 16:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanını tərk edəcək.
Qeyd edək ki, sabahkı “Qarabağ” – “Omoniya” matçı sabah saat 21:45-də start götürəcək.
Mirağa