Bakıda İsveçrə “Bazel”inə qarşı Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda zədələnən “Qarabağ”ın futbolçusu Xayme Romero yanvardan fərdi məşqlərə başlayacaq.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Fanat.Az-a verdiyi məlumata əsasən ispan yarımmüdafiəçi komandaya yanvar ayında qoşularaq Antalya toplanışında fərdi proqram üzrə çalışacaq.
Xayme Konfrans Liqasının Bakıdakı oyununda - "Bazel"lə görüşdə ön çarpaz diz bağlarından xəsarət almışdı. Ardından 31 yaşlı oyunçu əməliyyat olunmuş, uzun müddət oynaya bilməyəcəyi müəyyənləşmişdi.
Romero həmin qarşılaşmanın 45-ci dəqiqəsində ikili mübarizə zamanı zədələnmiş və fasilədə Marko Veşoviçlə əvəzlənmişdi.
Qeyd edək ki, daha öncə uzun müddətə sıradan çıxan Bədavi Hüseynovun Ağdam klubunun Antalya toplanışında kollektiv məşqlərə başlayacağı bəlli olub.
Nihat