UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turunda "Qarabağ" səfərdə "Bazel"in qonağı olacaq.
Fanat.Az xəbər verir ki, İsveçrə təmsilçisi görüşə iki itki ilə çıxacaq.
Patrik Rahmenin baş məşqçi olduğu komanda zədəli durumda olan Andrea Padula və Sebastyano Espozitonun xidmətlərindən yararlana bilməyəcək.
Azərbaycan təmsilçisində isə Bədavi Hüseynovla Xayme Romeronun eyni səbəbdən görüşü buraxacağı dəqiqdir.
Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.