"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki görüşlərinə hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, iyulun 21-də, Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq "Fehervar" (Macarıstan) - "Qəbələ" oyunu İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Kaspar Şeberq olacaq. Ona həmyerliləri Maks-Robin Vilde və Andreas Svensson yardım edəcək. Oyunun ehtiyat hakimi isə Qranit Maçedontsi olacaq.
UEFA bir həftə sonra baş tutacaq cavab oyununu isə avstriyalı ədalət təmsilçilərinə etibar edib. Baş hakim Kristofer Yaqerə Robert Ştaynaxer və Santino Şrayner yardım edəcək. Görüşün ehtiyat hakimi isə Markus Hameter olacaq.
"Qəbələ" - "Fehervar" matçı iyulun 28-də, saat 20:00-da Qəbələdə keçiriləcək.
Mirağa