Bu gün futbol üzrə Avropa Konfrans Liqasında I təsnifat mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Maltanın “Qzira” klubu doğma meydanda Andorranın “Atletik Eskaldes” komandası ilə 1:1 hesablı heç-heçə edib.
Cəbəllütariq “Sent Cozefs”i Şimali İrlandiya “Larne”nin duelində isə qalib müəyyənləşməyib - 0:0.
Qeyd edək ki, bu mərhələnin qalan oyunları sabah keçiriləcək. Cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.