Kiprin "Aris" klubu "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunlarına itki ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, Limassol təmsilçisin futbolçusu Karol Struski sıradan çıxıb.
Məlumatı klubun mətbuat xidməti yayıb.
21 yaşlı yarımmüdafiəçi Ukrayna "Dnepr"inə 4:2 hesabı ilə qalib gəldikləri yoxlama matçında zədələnib.
Körpücük sümüyü sınan polşalı oyunçu əməliyyat olunub. Struskinin təxminən üç aya yaxın yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.