Ötən mövsümün gümüş mükafatçısı "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifat mərhələsində "Aris"lə (Limassol) ilk matçına çıxıb.
Kiprdəki "AEK Arena"da baş tutan qarşılaşma bakılıların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Neftçi” adalıları ikinci görüşdə daha böyük hesabla üstələyib keçəcəyi halda, növbəti mərhələdə “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, "Neftçi" ilə "Aris" arasındakı cavab oyunu 1 həftə sonra "Bakcell Arena"da olacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
"Aris" (Limassol, Kipr) - "Neftçi" (Azərbaycan) 2:0
Qollar: Kaju, 53. Qomis, 65
"Aris": 1. Vana, 3. Kaju, 8. Morqan Braun, 10. Matiya Şpolyariç, 13. Delmiro Evora Naskimento, 14. Artur Yannik Qomis, 20. Stiv Yaqo, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 31. Frants Brorsson, 37. Yulius Syoke
Ehtiyat oyunçular: 28. Neofitos Stilianu, 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 7. Leo Benqtsson, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave
Baş məşqçi: Aleksey Şpilevski
"Neftçi": 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Regekampf
Hakimlər: İvan Bebek, Qoran Pataki, Luka Payiç, Dario Bel (Xorvatiya)
"AEK Arena"