"Neftçi"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi - Kiprin "Aris" klubu evdə 2:0 hesabı ilə məğlub etdiyi bakılılarla səfər matçına böyük ümidlə hazırlaşır.
Fanat.Az xəbər verir ki, adalılar cavab qarşılaşmasından iki gün öncə Bakıda olacaq.
Belə ki, 34 yaşlı belaruslu mütəxəssis Aleksey Şpilevskinin çalışdırdığı kollektiv uyğunlaşma problemi yaşamamaq üçün iyulun 26-da Azərbaycana təşrif buyuracaq.
Qeyd edək ki, "Neftçi" - "Aris" qarşılaşması iyulun 28, saat 21:00-da keçiriləcək.
Nihat