Kiprin "Aris" klubunun mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə cavab oyunundan əvvəl yerli mətbuata açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, o, səfərə üstünlüklə yollandıqlarını bildirib: "Cavab matçında "Neftçi"nin daha yaxşı çıxış edəcəyini gözləyirik. Buna görə ehtiyatlı olmalıyıq.
Bu, tarixi oyundur. İş yarımçıq qalıb. Cümə axşamı bunu bitirməliyik. 2:0 hesabı komandadakı hər kəsi ayaqda saxlayır.
Matiya Şpolyariçi Azərbaycana gətirmədik. O, ilk oyunun sonlarında narahatlıq hiss etdi. Hazırda Kiprdə qalmağa və müalicəsi ilə məşğul olmağa önəm verdi".
Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.