"Fehervar"dakı ilk oyunumu keçirdiyim üçün şadam. Azarkeşlərin dəstəyi bizim üçün çox şey demək idi. "Qəbələ" ilə oyuna planlaşdırdığımız kimi başlamadıq. Fasilədə məşqçilər heyətindən faydalı məsləhətlər aldıq və oyunumuzu dəyişə bildik".
Fanat.Az xəbər verir ki, bunu Macarıstan "Fehervar"ının futbolçusu Nikola Serafimov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri ev matçı haqda klubun saytına danışarkən deyib.
"Kenan Kodronun bərabərlik qolunu vurması ən vacib məqam idi. Bu, futbolçuların fasiləyə sakit yollanmasına imkan yaratdı. İkinci hissə yaxşı keçdi. 4:1 hesabı ilə qalib gəldik. Əsas odur ki, hazırda hər şey tam öz əlimizdədir" - deyə o bildirib.
23 yaşlı müdafiəçi "Qəbələ" ilə cavab görüşü haqda danışıb: "Futbolda hər şey ola bilər. Ona görə də üç qol fərqinə baxmayaraq, arxayınlaşa bilmərik. Cavab görüşünə maksimum hazırlaşmalıyıq. Əminəm ki, "Qəbələ" oyunu kökündən dəyişmək istəyəcək və onlar da güclü oynayacaqlar. Amma biz də hazırıq. Komandada əhval-ruhiyyə yaxşıdır. İnamla növbəti mərhələyə yüksəlmək istəyirik".
Qeyd edək ki, iyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək cavab görüşü saat 20:00-da başlayacaq.