18:39 27.07.2022 245

"Lazımi nəticə əldə edəcəyimizə inanıram" - "Neftçi"nin baş məşqçisi

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl ənənəvi mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, rumıniyalı mütəxəssis belə danışıb:

"İlk oyunda məğlub olduq. Bu qarşılaşmanı analiz etmişik. Sabah meydana çıxıb hər kəsə birinci matçın təsadüf olduğunu göstərməliyik. Dönüş yaratmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Həm özümüz, həm də fanatlarımız üçün növbəti mərhələyə adlamağa çalışacağıq".

Rumıniyalı baş məşqçi hazırda rəqibi daha yaxşı tanıdıqlarını vurğulayıb: "İlk görüşdə rəqibin və bizim qol şanslarımız oldu. Bir epizodda penaltimiz verilmədi. Hətta "Aris"in mərkəz müdafiəçisi ikinci sarı vərəqəni alaraq meydandan qovulmalı idi. Rəqibin evdə aqressiv çıxış etməsi normaldır. Biz də bunun üçün çalışacağıq. Komandaya güvənirəm. Lazımi nəticə əldə edəcəyimizə inanıram. Bunu sabah görəcəksiniz".

Regekampf Kipr klubunun əleyhinə danışmaq və ya haqqında pis sözlər demək istəmədiyini diqqətə çatdırıb: "Neftçi" azarkeşlərinə demək istəyirəm ki, sabah döyüşəcəyik. İtiriləsi heç nəyimiz yoxdur. Sanki ilk matçın 20 dəqiqəsində meydanda yatdıq və qapımızda iki qol gördük. Hətta deyərdim ki, üçüncü qolu da buraxmalı idik. Bu baş versəydi, cavab görüşünə köklənmək daha çətin olardı. Futbolçulara düzgün göstəriş verməyə çalışıram. Həftə ərzində bütün səhvlərimizi izah etdim. Geridönüş üçün əlimizdən gələni etməliyik. Sabah 5 qol vuracağımızı deyə bilmərəm. Amma növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyəm".

Mütəxəssis start heyəti müəyyənləşdirdiyini deyib: "Bu barədə məlumat verə bilmərəm. Sabah oyunçularımız meydana qələbə üçün çıxacaq. Dolu tribunaların oyunçularımıza müsbət təsir edəcəyini düşünürəm. Sabah fanatlarımızla qələbəni qeyd edəcəyimizə inanıram".

Baş məşqçi edilən transferlərin komandaya xeyir verəcəyini söyləyib: "Oyunçuları hamımız birlikdə seçmişik. Vaxt azlığından daha çox variantlara baxa bilmədik. Düşünürəm ki, bunlar düzgün seçimlərdir".

Regekampf ilk qarşılaşmadan sonra çox üzüldüyünü deyib: "Fanatlarımızla görüşümüz olub. Əminliklə deyə bilərəm ki, qələbə üçün əlimizdən gələni edəcəyik. Güclü rəqibə qarşı oynayacağıq. Bir yerdə yaxşı çıxış edirlər. Ehtiyatlı olmalıyıq. Sabah nə etməli olduğumuzu bilirik. Futbolçularım da başa düşür".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda "ağ-qaralar" 0:2 hesabı ilə uduzub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

Facebookdan bizi izləməyi unutmayın.
X