"Neftçi" və Kiprin "Aris" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa bilet satışı davam edir.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, bu gün "Bakcell Arena"da baş tutacaq oyuna satışa çıxarılan 10 min biletin 7 mini azarkeşlər tərəfindən alınıb.
Biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) manatdır.
Biletləri Iiticket.az-dan onlayn qaydada da əldə etmək olar.
Qeyd edək ki, 11 min azarkeş tutumuna malik olan “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” oyunu saat 21:00-da başlanacaq.
Mirağa