"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə Macarıstan "Fehervar"ına 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssisin fikrincə, komandası meydanda dominantlıq edib:
"Bir qədər də şanslı olsaydıq, istəyimizə çata bilərdik. Komandamı təbrik edirəm, daha güclü olacağımızı düşünürəm.
Turnirə o qədər də soyuq yanaşmamışdıq. İstərdik ki, iki heyətimiz olsun, amma hər şey büdcəyə bağlanır. Səfər oyununda əvəzləmələrdə çətinlik çəkdik. Bu gün Premyer Liqada oynaya biləcək iki ehtiyat oyunçumuz var idi. Amma qalanlarına da inanırıq. Onların çempionatda öz sözlərini deyə biləcəklərinə inanıram. Görüşün sonlarında bəzi futbolçularımız yorulmuşdu, lakin onları əvəzləyəcək oyunçumuz yox idi.
Futbolun gözəlliyi də bundadır. Hər epizodu dəyərləndirmək olmur. Amma komandam getdikcə daha yaxşı olacaq".
Püşk atıldıqdan sonra bu komanda ilə başabaş oynamağa köklənmişdik. Səbəb axtarmaq istəmirəm. Komandam zəif oynasaydı, bu, məni düşündürərdi. Komandam oyuna hazır idi və istədiyimizi meydanda qoya bildik".
Emin