Avstriyanın "Rapid" (Vyana) klubunun futbolçusu Qvido Burqştaller UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan - Bakıda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları matç barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, uzatma dəqiqələrində hesab arasındakı fərqi azaldan 33 yaşlı hücumçu belə danışıb:
"Birinci hissədə zəif təsir bağışladıq. Fasilədən sonra "Neftçi" səhvimizdən yararlanaraq, ikinci topu vurdu. Görüşün sonlarındakı qol bizim üçün çox vacib idi. Çətin olsa da, vəziyyəti evdə keçirəcəyimiz dəyişmək şansımız var. Evə iki cavabsız top buraxaraq qayıtmaq çox üzücü olardı. Hər zaman belə bədbəxt hallarla üzləşmişik. Sevinirik ki, uzatma dəqiqələrində qol vurduq. Bu, çox vacib idi".
Nihat