“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Rapid” Avstriya Bundesliqasında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, komanda III turun oyunları çərçivəsində evdə “Austriya”nı qəbul edib.
1:1 hesablı heç-heçə ilə bitən matçdan sonra “Rapid” futbolçusu Qvido Burqştaller bunları söyləyib:
“Bu matçdakı kimi qol şansları yaratsaq, “Neftçi” ilə cavab oyununda daha yaxşı işlər görəcəyik. Karyeramda bəzən çətinliklər çəkirəm. Ancaq biz indi də bunun öhdəsindən gələcəyik”.
Qeyd edək ki, "Neftçi" Bakıda keçirilən ilk oyununda “Rapid”ə 2:1 hesabı ilə qalib gəlib. Cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.