Bu gün Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları start götürüb
Fanat.Az xəbər verir ki, ilk gündə iki oyun keçirilib
Malta və Farer adaları təmsilçiləri rəqiblərini doğma arenada qəbul ediblər. Lakin hər iki görüş qonaqlar üçün uğurlu olub. Belə ki, Avstriya "Volfsberger"i Malta "Qzira Yunayted"ini 4:0, Danimarka "Viborq"u Farer adalarından "B36 Torshavn"ı 2:1 hesabı ilə məğlub edərək pley-offa yüksəliblər.
Mərhələnin digər qarşılaşmaları isə avqustun 10-11-də keçiriləcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları
9 avqust
Qzira Yunayted (Malta) – Volfsberger (Avstriya) 0:4
İlk oyun – 0:0
22:00. B36 Torshavn (Farer adaları) – Viborq (Danimarka) 1:2
İlk oyun – 0:3