UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə cəmi 1 matç keçirilib.
APOEL Kiprdə “Yurqarden”i qəbul edib. İlk görüşdə evdə 3:0 hesablı qələbə qazanan isveçlilər cavab oyununda 2:3 hesabı ilə məğlub olub. Ancaq iki matçın nəticəsinə görə qrup mərhələsinə adlayan tərəf “Yurqarden” olub.
Qeyd edək ki, pley-offun digər cavab oyunları avqustun 25-də keçiriləcək.