13:11 09.11.2022 1043

Müdafiəçisi hücumda oynayan "camışlar" - "Qarabağ"ın rəqibini tanıyaq

"Qarabağ" UEFA Konfrans Liqasının 1/16 final mərhələsində Belçikanın "Gent" klubu ilə qarşılaşacaq.

Fanat.Az "köhlən atlar"ın KL-in pley-offundakı rəqibi haqda bəzi vacib məlumatları təqdim edir: 

"Gent" Belçikada eyniadlı şəhəri təmsil edən peşəkar futbol klubudur. 1989/90-cı illər mövsümündən elitada oynayır. Komanda üç dəfə Belçika Kubokunun qalibi adını qazanıb (1963/64, 1983/84, 2009/10) və bir dəfə ölkə çempionluğunu bayram edib (2014/15). 

1864-cü ildə gimnastikanı təbliğ etmək üçün "Société Gymnastique la Gantoise" adlı bir assosiasiya təsis olunub. Həmin assosiasiyanın tərkibində də “KAA Gent” (Gent Kral İdman Akademiyası) klubu yaradılıb.

Komanda ev oyunlarını 2013-cü ildə tikilmiş, 20 min tamaşaçı tutumuna malik "Gelamco Arena"da keçirir. "Gent"in əsas rəngləri ağ və göydür. Klubun ləqəbi "camışlar"dır. 

Hazırda komanda Belçika çempionatında 26 xala malikdir və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Gent" Jüpiler Liqada son 10 oyununda 4 dəfə məğlub olub, 5 qələbə qazanıb, cəmi bir dəfə heç-heçə edib. 

UEFA Konfrans Liqasının F qrupunda mübarizə aparan "camışlar" mərhələni 8 xalla ikinci yerdə başa vurub. Qrupda "Curqardens", "Molde" və "Şemrok Rovers"lə mübarizə aparan belçikalılar 2 dəfə heç heçə edib, 2 dəfə qələbə qazanıb və 2 dəfə yenilgi acısı dadıb. 

Komanda UEFA-nın reqytinq cədvəlində 38-ci yerdə qərarlaşıb. Məlumat üçün qeyd edək ki, "Qarabağ" bu sıralamada 61-ci pillədədir. 

"Gent"in belçikalı baş məşqçisi Heyn Vanhazebruk 2020-ci ildən indiki postundadır. Həmin vaxtdan bəri Vanhazebrukun bu klubla heç bir nailiyyəti olmayıb. Daha əvvəl, 2014/15-ci illər mövsümündə isə o, "Gent"ə yeganə Belçika çempionluğunu qazandırıb. 

Cari mövsüm göstərir ki, komanda bütün turnirlərdə əsasən 3-5-2 taktiki sxemi ilə çıxış edir. Rəqibdən asılı olaraq komandanın cinah oyunçuları eyni zamanda həm hücuma həm də müdafiəyə köməklik göstərir. "Camışlar"ın universal futbolçuları da var. Məsələn, "Molde"yə qarşı KL oyununda İbrahim Salah müdafiəçi mövqeyində çıxış edib. 3 gün sonra ölkə çempionatında "Brugge"ilə matçda həmin futbolçu forvard qismində meydana çıxıb. 

UEFA Konfrans liqasında "Gent" 10 dəfə rəqib qapılarına yol tapıb, 6 dəfə topu tordan çıxarmalı olub. 

"Sofascore" saytının əmsalına əsasən, 2021/22-ci illər mövsümündə UEFA Konfrans Liqasında komandanın ən yüksək reytinqinə malik olan futbolçuları:

Cozef Okumu (müdafiəçi) - 7.42
Sven Kums (yarımmüdafiəçi) - 7.38
Bruno Godeu (müdafiəçi) - 7.38
Malik Fofana (hücumçu) - 7.30

Komandanın ən məhsuldar futbolçusu Uqo Keypersdir. 25 yaşlı belçikalı forvard bu il ölkə çempionatında 9, KL-də isə 3 dəfə fərqlənib. 

Xatırladaq ki, tərəflərin ilk oyunu fevralın 16-da Bakıda keçiriləcək. Cavab görüşü isə həmin ayın 23-də Belçikada baş tutacaq.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X