Belçika Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" də meydana çıxıb.
Aşağı liqa təmsilçisi "Dessel"lə qarşılaşan "camışlar" 5 cavabsız qol vuraraq adını 1/8 finala yazdırıb.
Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk oyununu fevralın 16-da evdə, cavab qarşılaşmasını isə həmin ayın 23-də səfərdə keçirəcək.