"Sky Sports News"in məşhur aparıcısı, idmansevərlərin sevimlisi Natalya Soyer ekranlara vida edib. Fanat.Az xəbər verir ki, aparıcı digər işləri ilə məşğul ola bilmək üçün bu addımı atdığını bildirib.
Xüsusən də transfer dönəmlərinin son günlərində yayımlarda olması ilə məşhurlaşan Soyer 18 ildi tamaşaçıları ilə görüşdüyü kanalda ekranlara son dəfə çıxıb.
Kanalın da ayrılığı canlı yayımda bildirəcəyi gözlənmədiyi halda idman ekranlarının ən sevilən üzlərindən biri olan Natalya vəzifəsini səssiz-səmirsiz buraxmış oldu.
Bu qərardan sonra sosial şəbəklərdə onu sevənlər gözlərinə inanmadıqlarını və bunun mümkünsüzlüyün belə dilə gətirərək, üzüntülərini bildiriblər.
Fanat.Az