Dünya şöhrətli braziliyalı veteran futbolçu Ronaldinyo eyni vaxtda 2 qadınla evlənməyə hazırlaşır.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, veteran futbolçu avqust ayında nişanlıları Prisçilla Koelho və Beatriz Souza ilə evlənəcək.
Onlar dekabr ayından bəri Rio de Janeyroda yerləşən 5 milyon funt-sterlinq dəyərindəki evdə yaşayırlar. Futbolçu ötən ilin yanvarında hər iki sevgilisinə nişan üzüyü alıb. Braziliyada çoxarvadlılıq qadağan olunduğundan, toy mərasimi avqustda ABŞ-ın Santa-Monika şəhərində keçiriləcək.
Ronaldinyonun bacısı Deysi poliqamiyanın əleyhinə olduğunu açıqlayaraq toyda iştirak etməyəcəyini deyib. Braziliyalı müğənni Jorje Versillo toy mərasimində çıxış edəcək.
Gülşən