Çempionlar Liqasının finalında buraxdığı kobud səhvlərlə "Liverpul"un məğlubiyyətinə səbəb olan qapıçı Loris Karius növbəti zərbəni sevgilisindən alıb.
Fanat.Az xəbər verir ki, ingilis model İante Rose Koçrane-Stak qolkiperdən ayrılıb.
"Real"la final oyununda iki kobud səhv buraxaraq tənqid hədəfinə çevirilən Karius ölüm təhdidləri almağa başlamışdı. Onunla yanaşı, sevgilisi də təhdid olunurdu. İante Rose Koçrane-Stak buna daha artıq dözə bilməyərək ayrılmaq qərarına gəlib.
Fanat.Az